Hava limanının 13 işçisi həbs olundu

30 Noyabr 2012 11:08 (UTC+04:00)
Parisin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə polisinin apardığı əməliyyat nəticəsində paytaxtın ən böyük Şarl de Qoll hava limanının 13 işçisi oğurluq ittihamı üzrə həbs olunub. Onlar əsasən Dubay, Nyu-York, Vaşinqton və Yohannesburqdan gələn sərnişinlərin yüklərinə "əl gəzdirirlərmiş".

Böyüklüyünə görə Avropada ikinci və dünyada yeddinci hesab olunan Şarl de Qoll hava limanının yük bölməsinin həbs edilən 13 işçisi əsasən telefonlar, zinət əşyaları, kompyuterlər, bahalı paltarlar, müxtəlif markalı əşyalar oğurlayırmışlar. Dəstə üzvlərinin bir neçə ayda oğurladıqları əşyaların ümumi dəyərinin 750 min avro olduğu bildirilib.

AzNews.az