Şirvanda üç nəfər bir-birini bıçaqladı
22 Sentyabr 2016 14:42 (UTC+04:00)
Şirvan Şəhər Polis Şöbəsindən (ŞBŞ) verilən məlumata görə, hadisə şəhərin Naxçıvan küçəsində qeydə alınıb.
Belə ki, şəhər sakinləri Afiq Həsənov, Ceyhun Əliyev və Bəyməmməd Rəsulov xuliqanlıq zəminində bir-birilərinə bıçaqla xəsarət yetiriblər. Xəstəxanaya yerləşdirilən Bəyməmməd Rəsulovun vəziyyəti orta-ağırdır. Digər şəxslər isə ilkin tibbi yardımdan sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Report.az