2 cinsiyyət orqanıyla doğulan körpələr - Valideynləri qorxuya salan xəstəliklə bağlı araşdırma

22 Sentyabr 2016 14:44 (UTC+04:00)

Belə ki, hermafroditizm xəstəliyindən əziyyət çəkən 12 yaşlı uşağın daxili orqanlarının qız, xarici orqanının isə kişi olması valideynlərdə qorxu yaradıb.

AzNews.az sözügedən xəstəliklə bağlı kiçik araşdırma aparıb.

HƏM QADIN, HƏM DƏ KİŞİ CİNSİYYƏT ORQANLI İNSANLAR

Məlumata görə, bir şəxsin həm qadın, həm də kişi cinsiyyət orqanına malik olması tibb elmində hermafroditizm adlandırılır.

"Hermafrodit" termini Qədim Yunanıstanda meydana gəlib. Yunan mifologiyasındakı Xəbərləşmə Tanrısı Hermes ilə Gözəllik Tanrısı olan Afroditin adlarının birləşməsindən yaranıb. Əfsanəyə görə, Afroditlə Hermesin Hermafrodit adlı oğlu olub. Uşaq o qədər gözəl olub ki, su pərisinin diqqətini çəkib. Lakin Hermafrodit su pərisinin sevgisinə qarşılıq vermir. Lakin bir gün Tanrı oğlunun göldə çimdiyini görən su pərisi ona sarılır və Tanrılardan onları sonsuzadək ayırmamasını istəyir. Beləcə su pərisi ilə Hermafrodit bir bədəndə birləşir və cüt cinsiyyət orqanlı varlıq yaranır.

TUTANHAMON DA HERMAFRODİT OLUB

Araşdırmalara görə, Qədim Misir hökmdarı Tutanhamon da sözügedən xəstəlikdən əziyyət çəkib.

Araşdırma zamanı alimlər aşkar ediblər ki, Tutanhamon iri dodaqlara sahib olub, sol ayağı axsayıb və olduqca nazik budları olub. Lakin ən böyük məqam ondadır ki, normal xromosom sayının pozulması nəticəsində firon həm kişi, həm də qadın cinsiyyət orqanları ilə anadan olub.



Alimlər bildirirlər ki, hökmdarın qadın cinsi əlamətləri yalnız 13 yaşından sonra tamamilə özünü göstərib. Məhz həmin vaxt gəncin sinəsi böyüməyə başlayıb. "Biz fironun menustrasiya günləri olmasını da istisna etmirik. Lakin biz bunu dəqiqliklə yalnız may ayında - daha ətraflı araşdırmalar apardıqdan sonra aydınlaşdıra biləcəyik. İndi qəti müəyyən edilən odur ki, gənc olmasına baxmayaraq, fironun 2 uşağı dünyaya gəlib. Biz qəti əminik ki, körpələrin anası, nə qədər təəccüblü olsa da, fironun özü olub", - deyə araşdırmada qeyd olunur. Ətraflı BURADAN oxuya bilərsiniz.

2000 UŞAQDAN BİRİ İKİ CİNSİYYƏT ORQANI İLƏ DOĞULUR

Statistik məlumatlara əsasən, dünyada hər 2000 uşaqdan biri hermafrodit doğulur.



Hətta 2013-cü ildə Almaniyada yeni doğulmuş körpələrin qeydiyyatı zamanı "qız" və ya "oğlan" təyinatı əvəzinə "müəyyən edilməyib" sözünün yazılmasına icazə verilməsi məsələsi də gündəmə gətirilmişdi. Məqsəd isə valideynləri "cinsiyyətin müəyyənləşdirilməsi" üçün uşaqlarını tələsik qərar verərək əməliyyat etməkdən xilas etməkdi.

BƏS DOĞULAN KÖRPƏNİN HERMAFRODİT OLUB-OLMAMASINI NECƏ MÜƏYYƏN ETMƏK OLAR?

Tibb elmlər namizədi Rəşid Mahmudov AzNews.az-a bildirib ki, sözügedən xəstəlik anadangəlmə olur. Körpənin valideynləri və ətrafdakı şəxslər isə bunu 2-5 yaşından sonra hiss etməyə başlayır: "Həkimlər isə bu xəstəliyi daha tez hiss edir. Hermafroditizm daşıyıcıları nə kişidir, nə də qadın. Belə şəxslər nə ərə gedə bilər, nə də evlənə. Bu xəstəliyin daşıyıcısı olan qadınlarda yumurtalıq inkişaf eləmir. Eləcə də kişilərdə cinsiyyət orqanları inkişafdan qalır".

SOVET HÖKUMƏTİ ƏMƏLİYYATA İCAZƏ VERMƏYİB

R. Mahmudov qeyd edib ki, sovet dövründə belə əməliyyatlara icazə verilmirdi: "Bu gün əməliyyat uşağın kişi cinsiyyət orqanı götürüləcək və qadın olacaq. Yəqin ki, xəstə istəyib ki, qadın olub dünyaya uşaq gətirsin. Maraqlısı odur ki, həkim xəstəyə köçürdüyü yumurtalığı və uşaqlığı haradan alacaq? Bizim ölkədə belə donor yoxdur. Ola bilər ki, donor başqa yerdən gətiriləcək".

Nigar, Bahar
AzNews.az