Qafqaz Universitetinin diplomu tanınmayacaq - Yenilənib

22 Sentyabr 2016 16:49 (UTC+04:00)

Şura Qafqaz Universitetinin diplomlarının Türkiyədə tanımayacağı barədə qərar qəbul edib.

Qeyd edək ki, qərara əsasən Qafqaz Universitetində təhsil alan türk tələbələrin diplomları Türkiyədə tanınmayacaq. Eyni zamanda adıçəkilən universitetin azərbaycanlı bakalavr məzunları Türkiyədə magistr pilləsi üzrə təhsil ala
bilməyəcəklər.

Akademik.az

15:58
***


Qafqaz Universitetinin yeni rektoru Havar Məmmədov Türkiyənin Təhsil Şurasının (YÖK) Qafqaz Universitetiin diplomalrının bu ölkədə tanınmayacağı ilə bağlı məlumatlara münasibət bildirib.

Universitetin rektoru Havar Məmmədov isə açıqlamasında qərarla bağlı Qafqaz Universitetinin idarə heyətində heç bir məlumat olmadığını bildirib:

"Ola bilsin ki, Türkiyə Təhsil Şurası belə bir qərar qəbul etsin, amma o qərarla biz tanış olmamışıq. Ancaq qərara baxmayaraq, bütün dünyada diplomların, ixtisasların tanınması qaydaları, şərtləri var ki, bu şərtlərə əsasən diplomlar tanınır. Bizim də universiteti bitirən bütün tələbələrin diplomları Türkiyədə, eləcə də digər xarici ölkələrdə tanınacaq. Universitetimizin bakalavrlarının Türkiyədə magistr təhsili ala bilməyəcəkləri barədə xəbərə gəldikdə isə, onu deyim ki, bizim tələbələr xaricdə təhsil almaq hüququndan əvvəl olduğu kimi istifadə edə biləcəklər.Tələbələrimiz heç narahat olmasınlar, biz hər zaman tələbələrimizin arxasındayıq. Hər şey qaydasına düşəcək".

Lent.az