Cəbhə xəttinə ən yaxın məsafədə toy çalındı - Video
22 Sentyabr 2016 23:06 (UTC+04:00)
AzNews.az ARB-yə istinadən xəbər verir ki, kənd sakini Alim Hüseynov üçün toy çalınıb. Sakinlər deyirlər ki, bu istiqamətdə atəşkəs tez-tez pozulur. Kənd ərazisinə müxtəlif vaxtlarda mərmilər atılıb, tikililər dağılıb.
"Bu kəndin sakiniyik. Hər zaman da kəndimizdə qalacağıq",- deyə toyun sahibi Firuzə Hüseynova bildirib.
Bəy Alim Hüseynov isə kənd sakinlərinin Azərbaycan ordusuna arxalandığını qeyd edib: "Sakinlər ordumuza güvənib burada yaşayır. Onlar hər zaman kənddəki bu cür məclislərə qatılır".