Ermənistanda 6 hərbçiyə cinayət işi açıldı - Əsgər ölümünə görə

23 Sentyabr 2016 13:46 (UTC+04:00)

Bunu Ermənistan İstintaq Komitəsi rəisinin müşaviri Sonna Truzyan bildirib. Onun sözlərinə görə, əsgər Narek Patatanyana qarşı zor da tətbiq edilib.

Məlumata görə, 6 nəfərə qarşı vəzifədən sui-istifadə, hərbçinin təhqir edilməsi, tabeçiliyində olana qarşı zor tətbiqi və s. maddələr üzrə cinayət işi açılıb. Onlardan 5-i əsgər, biri isə Ermənistan ordusunun leytenantıdır.

Qeyd edək ki, hadisə sentyabrın 16-da baş verib.

Report.az