33 yaşlı kişini avtomobil vurdu

25 Sentyabr 2016 09:36 (UTC+04:00)

Sabirabad şəhəri 20 Yanvar küçəsində yaşayan 33 yaşlı Səbuhi Hüseyn oğlu İsgəndərov yolu keçmək istəyən zaman naməlum avtomobil tərəfindən vurulub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün Bakı şəhərinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Report.az