7 yaşlı qızı ilan sancdı

25 Sentyabr 2016 23:40 (UTC+04:00)

Rayonun Aslanbəyli kənd sakini 2009-cu il təvəllüdlü Aysu Mustafa qızı Qəmbərli sağ əlin ilan sancması xəsarəti ilə Qazax Müalicə Diaqnostika mərkəzinə çatdırılıb.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

APA.az