Yeni ailə quran Zaur Baxşəliyev kiminlə yaşayır? – MARAQLI

30 Noyabr 2012 15:31 (UTC+04:00)
Keçən ay ailə quran tanınmış teleaparıcılar Zaur Baxşəliyev və Günay Qələndərli haqqında maraqlı xəbərlər yayılıb. Belə ki, Zaur Baxşəliyev ailə qurduqdan sonra aparıcı olduğu verilişdə ailə dəyərləri haqqında tez-tez danışır. O, ailə üzvlərilə birlikdə eyni evdə yaşadığını vurğulayaraq, özünü nümunə göstərib.

AzNews.az-a daxil olan məlumata görə, Z.Baxşəliyev ailə qurduqdan sonra paytaxtın Xətai prospektində yerləşən yeni tikilən göydələnin 14-cü mərtəbəsində həyat yoldaşı Günay Qələndərli ilə birgə yaşayır. Hər iki tərəfin valideynləri ayrı yaşayırlar.

Bu məqam cütlüyün qonşularının da təəccübünə səbəb olub.

Fuad Mədətov
AzNews.az