Ermənistan parlamentinə siçovul hücumu
30 Noyabr 2012 16:43 (UTC+04:00)
Son bir ayda Ermənistan parlamentində siçovulların sayı artıb.
AzNews.az-ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, İrəvan şəhər Sanitar-Epidemioloji Stansiyasının 6 əməkdaşı gün ərzində ölkə parlamentində siçovulların yuvalarını qapatmaqla məşğul olublar.
Məlumata görə, siçovullar hətta spiker Ovik Abramyanın kabinetinə ayaq açıblar. Stansiya əməkdaşları spikerin də otağını dərmanlamaq məcburiyyətində qalıblar.
İnci
AzNews.az