Ermənilər atəşkəsi pozub

1 Dekabr 2012 06:42 (UTC+04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, dünən və bu geçə erməni silahlı bölmələri atəşkəs rejimini pozublar.

Ermənilər Ağdam rayonunun Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.

Bahar Rüstəmli
AzNews.az