“NEOLİT” şadlıq sarayı yandı

26 Sentyabr 2016 23:39 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1500 m2 olan 3 mərtəbəli "NEOLİT" şadlıq evinin mətbəxində şaxtadan keçən elektrik kabeli 6 p.m yanıb.

Şadlıq evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.