Ermənistanda iki boksçumuz qalib gəldi

1 Dekabr 2012 06:57 (UTC+04:00)
İrəvanda gənclər arasında boks üzrə dünya birinciliyi keçirilir. AzNews.az-ın "Azerisport.az"-a istinadən verdiyi məlumata görə, yarışda 71 ölkədən 406 boksçu birincilik uğrunda mübarizə aparır. Birincilikdə Azərbaycan yığması da iştirak edir.

Çempionatda 91 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Rahil Məmmədli ilk görüşünü puerto-rikolu Saret Murielə qarşı keçirib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 17:11 (8:5, 6:3, 3:3) hesabı ilə Rahil Məmmədlinin xeyrinə başa çatıb.

Ardından rinqə Tural Əhmədov (52 kq) çıxıb. O, Norveçdən olan Hadi Hassan Srura üzərində qələbə qazanıb - 21:12 (7:7, 9:3, 5:2).

Ən sonda isə Rauf Rəhimov (81 kq) mübarizəyə qoşulub. İki raunddan sonra hesab rəqibin xeyrinə olub 5:6 (3:2, 2:4). Lakin üçüncü raundda Rəhimov diskvalifikasiya olunub və yarışlardan kənarlaşdırılıb.

AzNews.az