Təmir sexi yandı

29 Sentyabr 2016 09:19 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 m² olan avtomobil təmir sexinin lambirindən ibarət tavanı və dam örtüyünün yanar konstruksiyaları 8 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.