Bakıda qadın yaşadığı evdə qətlə yetirildi

29 Sentyabr 2016 12:41 (UTC+04:00)

Sabunçu rayon Prokurorluğundan verilən məlumata görə, rayon sakini Çimnazxanım Qulamovanın üzərində xəsarətlər olan meyiti yaşadığı evdə tapılıb. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

APA.az