Azərbaycanlı aktrisa romantik sevgisinə film çəkir – FOTO

1 Dekabr 2012 10:53 (UTC+04:00)
Gənc aktrisa Aysel Nəsirova qısametrajlı film çəkəcək. Bu barədə AzNews.az-a müğənni özü məlumat verib. O bildirib ki, yaxın günlərdə çəkilişinə başlayacağı filmdə baş rolu özü ifa edəcək: "Hazırda film üçün aktyorlar seçilir. Sevgi mövzusunda olan filmin adı "Payızın son yarpağı"dır".

A.Nəsirova qeyd edib ki, bundan əvvəl 2 sənədli filmdə rol alıb: "Dahi şairimiz Nizami Gəncəvinin "7 gözəl" əsərinin motivləri əsasında çəkilən sənədli filmdə 7 gözəldən birini və satirik şair Mirzə Ələkbər Sabirin həyat yolundan bəhs edən sənədli filmdə şairin həyat yoldaşının gəncliyini canlandırmışam".

Fuad Mədətov
AzNews.az