Avropa İttifaqı Ermənistana yaşıl işıq yandırır

1 Dekabr 2012 17:40 (UTC+04:00)
Ermənistan prezidenti Serj Sarkisyan bildirib ki, bir neçə gün sonra Ermənistan və Avropa İttifaqı viza rejiminin sadələşdirilməsinə dair müqavilə imzalayacaqlar.

Avropa komissiyasının prezidenti Joze Manuel Barrozu ilə keçirilən birgə mətbuat konfransı zamanı S.Sarkisyan deyib: "Ermənistanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsinə dair danışıqlar başa çatıb.

Müqavilə bir neçə gün sonra imzalanacaq və çox guman ki, 2013-cü ilin ortalarında qüvvəyə minəcək. 2013-cü ilin yanvarından Aİ ölkələrinin vətəndaşları üçün Ermənistana giriş üçün vizalar ləğv ediləcək. Prosesin əsas məqsədi bizim cəmiyyətlər arasında əlaqələri stimullaşdırmaq, gediş-gəlişi artırmaq, tələbə, alim və incəsənət adamları üçün yeni imkanlar açmaqdan ibarətdir".

Öz növbəsində Barrozu qeyd edib ki, bu müqavilə Ermənistanla Aİ arasında əlaqələri daha da möhkəmlədəcək.

İnci
AzNews.az