Bu çayxanada siyasətdən danışmaq olmaz
1 Oktyabr 2016 21:24 (UTC+04:00)
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, çayxana sahibi iş yerinin qapısına "Qətiyyən siyasi söhbətlər etməyin" yazıb.
52 yaşlı sahibkar atdığı addımın səbəbini belə izah edib: "Siyasi söhbət edənlər arasında mübahisə yaranır. Rahatlığımız pozulur. Belə olduqda digər müştərilərim çayxananı tərk edir. Müştəri itirirəm. Buna görə də iş yerimdə siyasətdən danışılmasını istəmirəm".