9-cu mərtəbədən yıxıldı - Sağ qaldı + Fotolar
2 Oktyabr 2016 13:49 (UTC+04:00)
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, inşaatda qəlib ustası kimi işləyən 46 yaşlı Mətin Yalçın qəlibləri 9-cu mərtəbədən 10-cu mərtəbəyə daşıyarkən yıxılıb. O, 7-ci mərtəbədə bina ətrafına çəkilmiş qoruyucu örtüyün üstünə düşərək sağ qalıb.
Xəstəxanaya aparılan ustanın vəziyyətinin yaxşı olduğu bildirilib.
Hadisə yerindən çəkilən fotoları təqdim edirik:

