Meksikada iğtişaşlar zamanı 100-dən artıq insan yaralanıb
2 Dekabr 2012 14:19 (UTC+04:00)
Meksikanın paytaxtında ölkə prezidenti Enrike Penya Niyetonun inauqurasiya mərasimindən sonra baş vermiş iğtişaşlar nəticəsində 100-dən artıq insan yaralanıb, 92 nəfər isə həbs edilib.
Yaralananlar arasında polis işçilərinin olduğu da qeyd edilir. Paytaxt Mexikonun meri Marselo Ebrard qiyamçıları şəhərdə asayişi pozmaqda ittiham edib.
AzNews.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şəhər prokuroru Xesus Rodriqesin sözlərinə görə, aksiya anarxistlər tərəfindən təşkil edilib. Hazırda iğtişaşlarda digər birləşmələrin də əli olub-olmadığı aydınlaşdırılır.
Meksikanın Qırmızı Xaç Komitəsinin məlumatına görə, onlar tərəfindən artıq yüngül xəsarət almış 76 nəfərə ilkin tibbi yardım göstərilib. Daha 29 nəfər isə xəstəxanalara yerləşdirilib.
İnci
AzNews.az