Türkiyə 2 şəhid verdi
3 Oktyabr 2016 11:56 (UTC+04:00)
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Şemdinlidə yola öncədən PKK terrorçuları tərəfindən quraşdırılan partlayıcı qurğu əsgər maşını yolu keçərkən işə salınıb. Baş verən partlayış nəticəsində 2 əsgər vəfat edib, bir əsgər isə yaralanıb. Yaralı əsgər Hakkari dövlət xəstəxanasına çatdırılıb.
Bölgədə terrorçulara qarşı əməliyyat davam edir. Əməliyyata hava qüvvələri də cəlb olunub.
Aydan AXUNDOVA