Türkiyə vətəndaşı avtomobil icad etdi

2 Dekabr 2012 17:24 (UTC+04:00)
AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, "Betmen" filminə baxaraq həvəsə düşən Türkiyənin Ağrı vilayətində yaşayan dəmir qırıntıları toplayan vətəndaş yığdığı köhnə soyuducu, paltaryuyan, ütü və sairlə bir cüt iki motorlu avtomobil hazırlayıb.

42 yaşlı İsmayıl İlhan qardaşı Ömər İlhanla birlikdə düzəltdiyi avtomobilləri test etmək üçün yerli dövlət orqanlarından izn də alıb. Artıq avtomobillər test edilib və hər iki avtomobilin saatda 100 km sürətlə hərəkət etdiyi təsdiqlənib.

İnci
AzNews.az