Sarkisyan orduya yeni Baş Qərargah rəisi təyin etdi

3 Oktyabr 2016 14:51 (UTC+04:00)

AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sərəncama əsasən, Movses Akopyan Baş qərargah rəisi təyin olunub.

Qeyd edək ki, o, bundan öncə Ermənistanın müdafiə nazirinin müavini vəzifəsində çalışıb.

Aydan AXUNDOVA