16 yaşlı qız özünü asdı

3 Dekabr 2012 09:02 (UTC+04:00)
Ağstafada 16 yaşlı yeniyetmə qız özünü asıb. Rayon prokurorluğundan verilən məlumata görə, Eynallı kəndində yaşayan 1996-cı il təvəllüdlü Günel İmamverdiyeva yaşadığı evin həyətində ağacdan özünü asaraq intihar edib.

İntiharın səbəbləri araşdırılır. Faktla bağlı cinayət işi başlanıb.

AzNews.az