Putin evlənib? - Gizlin ailəsinin fotoları

4 Oktyabr 2016 11:18 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Britaniya qəzeti Daily Mail Putinin hamıdan gizlətdiyi ailəsi ilə bağlı fotolar dərc edib. Keçmiş gimnast Alina Kabayevanın fotoları ilə dərc edilən xüsusi materialda onun yanında 2 azyaşlı oğlan da görüntülənib. Fotolar "Meqasport"da Aleksey Nemovun buz şousu zamanı çəkilib. Şounu izləməyə gələn Kabayevanın yanındakı 2 oğlan uşağı diqqət cəlb edib.

Bundan əlavə onun adsız barmağında nişan üzüyünün olması da diqqətdən yayınmayıb.

Xatırladaq ki, 2008-ci ildən keçmiş gimnastla Putin arasıda sevgi münasibətləri olması barədə şayiələr dolaşır. Lakin bu söylənənlər hələ də rəsmi təsdiqini tapmayıb.

Onu da bildirək ki, 2014-cü ildən Alina Kabayeva Dövlət Dumasının deputatıdır. Bundan başqa o, Milli Media Qrupu holdinqinin direktorlar şurasının sədri postunda qərarlaşıb.