Ordu və kəşfiyyatdakı imamlara qarşı əməliyyat - 26 nəfər saxlanıldı
5 Oktyabr 2016 12:15 (UTC+04:00)
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ankara Baş prokurorluğu tərəfindən FETÖ-nün Türkiyə Silahlı Qüvvələri (TSK) və Milli Kəşfiyyat Təşkilatındakı (MİT) imamlarına qarşı istintaq başlayıb. İstintaq çərçivəsində 31 bölgədə 101 nəfər barədə saxlanma qərarı qəbul edilib.
İndiyə qədər 26 nəfərin saxlanıldığı bildirilir.
Aydan AXUNDOVA