Məktəbi atıb fahişəlik edən, porno kinoya bilet satan məşhurların - Həyat hekayəti

6 Oktyabr 2016 17:48 (UTC+04:00)

AzNews.az məktəbi tərk edərək karyeranın zirvəsin çatmağı bacarmış ulduzları təqdim edir:

17 yaşı olanda məktəbi tərk edən Robert Dauni dərhal aktyorluğa cana atıb. Sonradan narkotikə qurşanan aktyor ölümün kandarından dönüb və bu asılılığına son qoyub.



Britaniyalı milyarder Riçard Brenson 16 yaşı olanda məktəbdən ayrılıb. Fikir dağınıqlığından əziyyət çəkən Riçardın heç vaxt dərslərini yaxşı oxumadığı məlumdur. Hətta məktəbin direktorunun Riçardı çağıraraq onun sonunun ya məhbus, ya da milyoner olaraq nəticələnəcəyini dediyi barədə fikirlər dolaşır.


Uşaqlıqdan məşhur olmağa can atan amerikalı müğənni Şer də 16 yaşı olanda məktəbi tərk edib. Bundan sonra o, ikinci dərəcəli gecə klublarında rəqqasə kimi çalışmağa başlayıb. Görünür gələcəyin "Oskar"lı müğənnisini təhsil çox da maraqlandırmayıb.



Braziliyalı Jizel Byundhen 14 yaşında model olmaq üçün təhsilini dayandırıb. Lakin təhsilsiz olması ona ən yüksək qonorarlı modellərdən biri olmaqda maneçilik törətmir.



Kventin Tarantino 15-16 yaşı olanda film sahəsində karyera qurmaq üçün məktəbdən ayrılıb. Bu "karyera" isə çox da yaxşı başlamayıb. İlk olaraq Tarantino "Pussycat Theatre" porno-kinoteatrlar şəbəkəsində bilet satıb. Bu vaxtdan etibarən o, ssenari yazmağa başlayıb. Bu gün isə o, planetin ən tanınmış rejissor və ssenaristlərindən biridir.



Aktyor Çarli Şin məktəbi bitirməsinə bir neçə həftə qalmış məktəbdən qovulub. Şinin həyatı qalmaqallı hadisələrlə zəngindir - narkotik, spirtli içki, intim həyat və s. Bütün bunlar sonda nadir halda uğura çevrilir. Lakin Çarlidə bu, alınıb.



Rayan Gosling də Jizel Byundhen kimi məktəbi üzrlü səbəblərdən atıb – bunu onun 12 yaşında qurmağa başladığı film karyerası tələb edirdi. Gosling təhsilini 17 yaşında dayandırıb.



Conni Depp 16 yaşı olanda özünü məktəbdən azad edib. Çünki o, pop-musiqiçi olmağı çox istəyib. Düzdür, 2 həftə sonra o, fikrini dəyişib və geri qayıdıb. Lakin məktəbin direktoru onu əmin edib ki, arzusunun arxasınca getməlidir. Depp arzusunu yarımçıq reallaşdırıb və sadəcə "Hollywood Vampires" qrupunda ifa edib. Məşhurluq isə ona film sahəsindən gəlib.



Cim Kerrinin acınacaqlı uşaqlığı olub. O, o qədər işləməli olub ki oxumağına heç vaxtı da qalmayıb. Lakin 16 yaşında məktəbi atmağı heç də bununla bağlı olmayıb. İş orasındadır ki, Kerri doğma Kanadadan çıxıb Hollivudu komik olaraq fəth etmək qərarına gəlib. Deyib və edib. Yeri gəlmişkən, ailəsinin həmin vaxt ona çox da ehtiyacı olmayıb.



Al Paçino məktəbi 17 yaşı olanda tərk edib. Anası onun bu əməlinə razılıq vermədiyi üçün o, evi də tərk edib. Al Paçino tanınmış aktyor olana qədər bir sıra sahələrdə çalışmalı olub, hətta fahişəliklə də...


AzNews.az