Azərbaycanlı model it yeməyini necə yedi?

3 Dekabr 2012 14:06 (UTC+04:00)
ABŞ-ın Nyu-York şəhərində yaşayan və orada çalışan "Best model of the World" beynəlxalq müsabiqəsinin qalibi, top-model Rüstəm Cəbrayılov gözlənilməz vəziyyətlə qarşılaşıb.

AzNews.az-ın məlumatına görə, R.Cəbrayılov "Facebook" səhifəsində başına gələn hadisəni qeyd edib. O, Tobi adlı itinin yeməyini yediyini yazıb: "Çəkilişdən çıxıb evə gəlmişəm. Ölürəm acından. Soyuducunu açdım, yarı doğranmış kolbasa gördüm. Qoydum süfrəyə, başladım yeməyə. Baxıram ki, dadı bir az qəribədir, amma acam yeyirəm. Sonra baxıram ki, kolbasanın doğranmamış hissəsinin üstündə it şəkli var. Sən demə, bu kolbasa mənim Tobimindi... ha! ha! Amma dadlı idi. Sonra birini də yeyəcəyəm".

Qeyd edək ki, iki il əvvəl Azərbaycandan ABŞ-a gedən R.Cəbrayılov, hazırda Nyu-Yorkda "Red Model Management" məşhur model agentliyi ilə iki illik müqavilə əsasında çalışır.

Fuad Mədətov
AzNews.az