“Formula-1” konstruktorlarının kubokunu yenə “Mercedes” aldı

9 Oktyabr 2016 15:49 (UTC+04:00)

Birinci mövqedə start götürən Niko Rosberq liderliyini finişədək qoruyub saxlaya bilib və yürüşün qalibi olub. Onun komanda yoldaşı Luis Hemilton isə yürüşə ikinci çıxsa da, starta yol verdiyi səhv nəticəsində birinci onluğun axırına düşüb. Bununla belə, britaniyalı itirilmiş mövqelərin böyük hissəsini geri qaytarmağa nail olaraq, finişə üçüncü çatıb.

Beləliklə Rosberq və Hemiltonun yığdıqları xallar "Mercedes" komandasının ardıcıl olaraq üçüncü dəfə "Formula-1" konstruktorlarının kubokunu qazanmasına kifayət edib.

Azərtac