Azərbaycanlı müğənnilər Tatlısəslə görüşdülər - FOTO

3 Dekabr 2012 15:54 (UTC+04:00)
Əməkdar artist Abbas Bağırov və musiqiçi Hacı Nazim Məmmədov Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəslə görüşüblər. AzNews.az-ın məlumatına görə, bu barədə A.Bağırov "facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

O, məşhur müğənniylə çəkdirdikləri şəkli də paylaşıb: "Hacı Nazimlə restoranların birində idik. Birdən İbrahim Tatlısəs içəri daxil oldu. Hamı şoka düşmüşdü. Çünki o, faciədən sonra ilk dəfə idi restorana gəlirdi və yadigar olaraq şəkil çəkdirdik. Onu görməyimizə çox şad olduq".

Qeyd edək ki, A.Bağırov hazırda İstanbuldadır.

Fuad Mədətov
AzNews.az