Bu il uşaqlara daha çox hansı adlar verilib? - Siyahı
11 Oktyabr 2016 14:56 (UTC+04:00)
Ədliyyə Nazirliyindən bildirilib ki, bu ilin 9 ayı ərzində oğlanlara Yusif (2500), Hüseyn (1653), Əli (1612), Ömər (1286), Məhəmməd (1033), Tunar (987), Murad (971), Ayxan (914), Uğur (898), İbrahim (674) adları daha çox verilib.
Qızlara verilən adlar arasında isə ilk onluqda Zəhra (2160), Nuray (1631), Fatimə (1399), Zeynəb (1320), Aylin (1246), Məryəm (1141), Ayan (1024), Mələk (997), Mədinə (796), Dəniz (770) adları yer alıb.
Bundan başqa, Səma, Gülay, Xədicə, Leyla, Fidan, İnci, Banu, Nəzrin, Yağmur, Aysu, Kənan, Ümid, Nihad, Həsən, Rəsul, Mehdi, Fərid, Emil, İsmayıl, Ramal kimi adlarda uşaqlara qoyulan adlar arasında üstünlük təşkil edib.
Report.az