Ukrayna hökuməti istefa verdi

3 Dekabr 2012 16:25 (UTC+04:00)
Ukraynada oktyabrın 28-də keçirilən parlament seçkilərindən sonra Nazirlər Kabineti üzvləri istefa veriblər.

AzNews.az-ın məlumatına görə, Ukrayna prezidenti Viktor Yanukoviç baş nazir Nikolay Azarov başda olmaqla Kabinetin digər üzvlərinin istefa ərizəsini qəbul edib.
Ukrayna Prezident Sarayından yayılan açıqlamada Yanukoviçin hökumətin istefasını qəbul etdiyi bildirilib.

Yeni hökumətin tərkibi isə dekabrın 12-də yeni seçilmiş millət vəkillərinin andiçmə mərasimindən sonra bəlli olacaq.

Tərlan
AzNews.az