10 min zombi bir araya gəldi - FOTO

3 Dekabr 2012 22:36 (UTC+04:00)
Nyu-Cersi ştatında artıq 5-ci dəfədir ki, zombilərin paradı keçirilir. Bu dəfə tədbirdə rekord sayda zombi iştirak edib. Parad iştirakçılarının sayı 10 minə çatıb.

2010-cu ildə keçirilən parad Ginnesin rekordlar kitabına zombilərin ən çox toplaşdığı tədbir kimi düşüb. O zaman paradda 5 minə yaxın zombi iştirak edib.

Qeyd olunur ki, parada həvəs göstərənlər arasında nəinki böyüklər, hətta uşaqlar da var.

Zombi paradları dünyanın müxtəlif şəhərlərində keçirilir. Bu tədbirlərin sayı oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Hellouin bayramının qeyd edilməsi ərəfəsində daha çox olur. Əsasən bu cür tədbirlər xeyriyyə məqsədi daşıyır.

Xatırladaq ki, bu ilin martında Portlenddə (ABŞ-ın Oreqon ştatı) "Trackers Earth" şirkəti apokalipsisdən sonra sağ qalma kursları açıb. Uşaqlar üçün ayrıca təşkil olunan kurslarda onlara "diri ölülərə" sevgi aşılanır.

İnci
AzNews.az