Prezidentin iti Yeni ilin simvolu oldu – VİDEO

3 Dekabr 2012 22:03 (UTC+04:00)
Barak Obama növbəti dəfə bütün dünyaya sübut etmək istədi ki, itlər insanların dostudur.

ABŞ prezidentinin ailəsinə məxsus it sevgi ilə əhatə olunub. Bu il isə Bo ABŞ-ın Yeni il simvolu seçilib və Ağ evi onun portretləri bəzəyir. Prezident iqamətgahında gözəl bəzədilmiş şam ağacının yanında itin böyük maketi yerləşdirilib. Mişel Obama sevimlisi Bo ilə Ağ evdə "ekskursiya"ya çıxıb. Onları gəzinti zamanı jurnalistlər də müşayiət edib.

Bayramsayağı "bəzənmiş" Bo hamını heyran edib. ABŞ-n birinci xanımı Bo ilə bağlı maraqlı əhvalatları da jurnalistlərlə bölüşüb.

Qeyd edək ki, Yeni il ərəfəsində Ağ evin sakinləri Bo ilə birgə 100 minədək qonaq qəbul etməyi düşünürlər.




İnci
AzNews.az