“Cibgir Elçin“nin məhkəməsi başa çatdı

13 Oktyabr 2016 20:02 (UTC+04:00)

Məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, o, həbsdən vaxtından əvvəl azad olunması üçün Xəzər rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun müraciətini təmin etməyindən apellyasiya şikayəti verib.

Xatırladaq ki, bir müddət əvvəl Sumqayıtda cibgirliklə məşğul olan E. Kərimduxt tutulub. Onun üzərindən narkotik vasitə götürülüb. E. Kərimduxt 2005-ci ildə də narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhkum olunub. E. Kərimduxt kriminal aləmdə "cibgir Elçin" kimi tanınır. O, məhkəmə hökmü ilə azadlıqdan məhrum edilib.

APA.az