Kobra təyyarəni enməyə məcbur etdi - ŞOK

4 Dekabr 2012 09:39 (UTC+04:00)
Misirin "Egypt Air" şirkətinə məxsus Küveytə uçan təyyarə məcburi eniş edib. Səbəb isə həm dəhşətli, həm də maraqlı olub. Belə ki, təyyarənin salonunda kobra aşkarlanıb.

Araşdırma zamanı məlum olub ki, kobra İordaniya vətəndaşının əl çantasından "qaçıb". Kobranın sahibi qaçan ilanı tutmaq istəsə də, buna nail ola bilməyib. Əvəzində kobra sahibini dişləyib.

Salonda təşviş yarandığından və ilanın sancdığı sərnişinə tibbi yardım göstərilməsi üçün təyyarə məcburi eniş edib. Hazırda əlaqədar qurumlar iordaniyalının kobranı təyyarəyə necə mindirdiyini araşdırır.

Elnarə Əlosmanqızı
AzNews.az