Birgə yaşadığı qadını baltaladı - Azərbaycanda dəhşətli qətl

15 Oktyabr 2016 12:21 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 14-də İmişli rayonunun Gövhərli kəndində yaşayan, əvvəllər məhkum olunmuş Ağabba Nəsirov evində münaqişə zəminində qeyri-rəsmi nigah münasibətində olduğu Aygün Abdulxalıqovanı balta ilə qətlə yetirib.

İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Nəsirov tutulub.