İnsan orqanlarının ümumi qiyməti hesablandı - 45 milyon dollar

4 Dekabr 2012 10:02 (UTC+04:00)
İnsan bədəninin istifadə edilə bilən hissələrinin ayrı-ayrılıqda satılması halında cəmi dəyərinin 45 milyon dollar olacağı hesablanıb. Wired Magazine adlı jurnal tərəfindən aparılan araşdırmaya görə, insan bədənindəki mayelər, toxumalar və mikrob öldürməyə yarayan anticisimlər böyük pul edir. Ancaq bunları satmaq mümkün deyil, çünki bu bədən parçaları olmadan insanlar yaşaya bilmir.

Jurnal tərəfindən pul baxımdan aparılan qiymətləndirmə, insan bədənindəki hər bir parçanın satıla biləcək vəziyyətdə çıxarıla bilməsi əsasına söykənir. Jurnal orqan və bədən parçalarının qiymətlərinin ABŞ-dakı qiymətlər əsas alınaraq hesablandığını, üçüncü dünya ölkələrində tətbiq olunan "qara bazar" qiymətlərinin göz önünə alınmadığını qeyd edib. (sia.az)

Araşdırma ən həyati orqanların pul baxımdan ən bahalı orqanlar olmadığı gerçəyini də ortaya qoydu. Məsələn, insan bədəninin ən bahalı ünsürü sümük iliyidir. Sümük iliyinin qramı 23 min, kilosu isə 23 milyon dollardır. Hər hüceyrədə olan DNT-lərin isə qramı 1.3 milyon dollardan başlayır. Bədəndən alına bildiyi təqdirdə anticisimlər də 7.3 milyon dollar edir. Buna qarşılıq bir ağciyər 116400, böyrək 91400, ürək isə 57 min dollara alına bilir.

AzNews.az