Rusiya Türkiyəni öz tərəfinə çəkmək istəyir

4 Dekabr 2012 10:05 (UTC+04:00)
Əgər Türkiyə Gömrük Birliyinə daxil olmaq istəsə, Rusiya bundan məmnun olar.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Gömrük Birliyi və İqtisadi Zona hər kəs üçün açıqdır. Hazırki vəziyyətdə Rusiya, Belorus və Qazaxıstan bu birliyi inkişaf etdirirlər. Əgər Türkiyə də bura qoşulmaq istəsə bu, Rusiya tərəfindən sevinclə qarşılanar" deyə Peskov "Qolos Rossii" radiosuna müsahibəsində söyləyib.

Tərlan
AzNews.az