Zabitimiz minaya düşdü

4 Dekabr 2012 11:01 (UTC+04:00)
Azərbaycanda daha bir hərbçisi minaya düşüb. APA-nın məlumatına görə, hadisə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, cəbhənin Ağdam istiqamətində qeydə alınıb.

Milli Ordunun zabiti, kapitan Pərviz İsmayılov minaya düşərək yaralanıb. Yaralı zabit hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib.

AzNews.az