“Nazirin qolunun sınması cəfəngiyyatdır”

4 Dekabr 2012 11:05 (UTC+04:00)
Rusiya XİN-i Sergey Lavrovun Türkiyədə qolunun sınması ilə bağlı xəbər yalan çıxdı.Xəbərlə bağlı Xarici işlər Nazirliyi açıqlama yayıb. Açıqlamada deyilir ki, nazirin qolunun sınması və xəstəxanaya yerləşdirilməsi ilə bağlı mətbuatda gedən xəbərlər cəfəngiyyatdır: "Burda söhbət hər hansı idman zədəsindən gedir. Bu da ki, nazirin iş qrafikasına mənfi təsir etməyəcək".

Xatırladaq ki, dünən Türkiyə mətbuatında Türkiyəyə Rusiya prezidenti Vladimir Putinlə bərabər səfər edən xarici işlər naziri Sergey Lavrovun xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbər yayılıb.

Xəbərdə qeyd olunur ki, saat 18 radələrində nazir Taksim xəstəxanasına aparılıb. Buna səbəb isə Lavrovun qaldığı oteldə pilləkənlərdən yerə düşərək sol qolunun sınmasıdır. Hətta qolundakı sınıqlara görə gipsə qoyulduğu da deyilir. Yarım saat çəkən müayinədən sonra nazir otelə qayıdıb.

AzNews.az