Bacısını öldürən şəxsə hökm oxundu - 9 il həbs
17 Oktyabr 2016 19:00 (UTC+04:00)
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Davudov 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Bakıda məskunlaşan məcburi köçkün, 1977-ci il təvəllüdlü Elşad Davudov bacısı, 1982-ci il təvəllüdlü Turanə Davudovanı bıçaqla qətlə yetirib.
Hadisəni törədən E.Davudov saxlanılıb.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
Trend.az