Quba-Xınalıq yolu bağlandı - Fotolar (Yenilənib)
18 Oktyabr 2016 14:23 (UTC+04:00)
"Azəravtoyol" ASC-nin 6 saylı idarəsinin əməkdaşları yolda hərəkəti bərpa ediblər.
Texnikanın köməkliyi ilə qaya parçası yoldan götürülüb.
***
12:26
Quba-Xınalıq yoluna qaya parçası düşüb.
Hadisə yolun 23-cü kilometrliyində qeydə alınıb.
Yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Hazırda qaya parçasının götürülməsi üçün əraziyə "Azəravtoyol" ASC-nin 6 saylı İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yolda avtomobillərin hərəkətinin təmin olunması üçün işlər aparılır.
APA.az