Hakim intim münasibət qarşılığında müttəhimlərə yüngül cəza verməkdə günahlandırılır

18 Oktyabr 2016 22:12 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, onlarla şəxs, hakim Jozep Boekmanndan şikayət edib. Bu səbəbdən də hakim may ayında istefa vermişdi. Şikayətçilər, yançaqlarına şapalaq atmaq və qızaran yerlərinin şəkilini çəkmələri qarışılığında hakimin onlara pul ödədiyini bildiriblər.

70 yaşlı təqaüddə olan hakim, dünən çıxarıldığı məhkəmədə günahsız olduğunu deyib.

Buna baxmayaraq hakim Boekmann, arasında elektron dələduzluq, ifadəsini dəyişdirməsi üçün təhdid etmə və rüşvətin də yer aldığı 21 cinayətlə ittiham olunur. Onun kompyüterində 5 min çılpaq, ya da yarı çılpaq kişinin fotolarının tapıldığı bildirilib.