AzNews.az Türkiyə KİV-lərin istinadən xəbər verir ki, Denizli TV-də nümayiş olunan "Günaydın Denizli" proqramının canlı yayımı zamanı açıq qapıdan içəri girən pişik kadra girib. Baş verən hadisə qarşısında təəccübünü gizlədə bilməyən aparıcı Kudret Çelebioğlu gözlənilməz qonağı olduğunu bildirib.
Aparıcı tamaşaçılara qazet başlıqlarını oxuyarkən stolun üstünə qalxan pişik noutbukun üzərində uzanıb. Bundan sonra aparıcı digər işçilərdən pişiyi bayıra çıxarmaqlarını xahiş edib.
Məlumata görə, qısa zamanda ulduza çevrilən pişiyə "Hüsnü" adı verilib və ona kanalın Filiz Kurt adlı əməkdaşı sahiblənib.