İnsan yaşının maksimal həddi açıqlandı

20 Oktyabr 2016 21:56 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər insan orqanizmində müəyyən bioloji məhdudiyyətlər mövcud olduğunu bildiriblər.

Bu çərçivədən kənara çıxan insanlara nadir hallarda rast gəlinir. Alimlər onu da qeyd ediblər ki, orta hesabla insan orqanizminin orta yaşam səviyyəsi 100 ildir. Yəni hüceyrələrin qocalmasının qarşısını almaq mümkün deyil, məhz bu səbəbdən də insanların əksəriyyəti heç 100 yaşına qədər yaşaya bilmirlər.