“Bu mәğlubiyyәti gözlәmirdik” - Rәqib mәşqçi

20 Oktyabr 2016 23:32 (UTC+04:00)

Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında qonaqların çalışdırıcısı Vladimir İviç oyunla bağlı fikirlərini bildirib.

"İlk dəqiqədən istədiyimiz oyunu qura bilmədik. Bu səbəbdən də məğlub olduq. Düzü, bu nəticəni gözləmirdik. Gözlədiyimiz kimi olmadı. Səhvlərimizi götür-qoy edib, yolumuza davam etməliyik. İlk hissədə daha diqqətli oynadıq. Qol imkanları da qazandıq. Amma topu qapıdan keçirə bilmədik. Məğlubiyyətin məsuliyyətini dərk edirəm. Ancaq hər şey bizdən asılıdı. İstəsək, vəziyyəıti düzəldə bilərik".

Qafqazınfo.az