Ermənistanda ərzaq məhsulları bahalaşıb

4 Dekabr 2012 15:15 (UTC+04:00)
Ermənistanda noyabrda ərzaq məhsullarının qiyməti bir ay əvvələ nisbətən 2,6 faiz bahalaşıb. APA-nın məlumatına görə, Ermənistan Statistika Xidməti son bir ildə çörək məhsullarının qiymətinin 10,7 dəfə bahalaşdığını açıqlayıb.

Son bir ayda ölkə üzrə 0,6 faiz bahalaşma qeydə alınıb. Ölkənin tədqiqat aparılan 9 şəhərində son bir ayda çörəyin qiymətinin 0,1 – 3,3 faiz bahalaşdığı müəyyənləşib. İrəvanda çörəyin qiyməti 0,3 faiz bahalaşıb.

AzNews.az