AzNews.az xəbər verir ki, sosial şəbəkədə içkili velosiped sürücüsünün ölümdən son anda qurtulmasını əks etdirən görüntülər paylaşılıb. Görüntülərdə həmin şəxsin dəmiryolu xətti üzərində dayandığı və yaxınlaşan qatara əhəmiyyət vermədiyi görünür. Bütün xəbərdarlıqlara baxmayaraq velosiped sürücüsünün qatarın önündən çəkilmədiyini görən dəmiryolu işçisi öz həyatını riskə ataraq onu xilas edir.