Bu telefonlar partlamır - Yeni icad

21 Oktyabr 2016 16:56 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeni telefon KTQ-ST adlanır. Bu model gücləndirilmiş möhkəm korpusa, rezin kənarlara, zərbələrə və sıyrıntılara davamlı 2,2 düym displeyə malikdir.

Modelin standart xarakteristikalarına gəldikdə isə 0,3 megapixel kamera, 2 sim kartı və 32 GB həcmə qədər yaddaş kartını dəstəkləyən adi düyməli telefondur.